KURUMSAL
SON DUYURULAR
DÜNYA AHISKALI TÜRKLER BİRLİĞİ 10 ARALIK DÜNYA İNSAN HAKLARI GÜNÜ DEKLARASYONU
10 Aralık 2025
DATÜB Gürcistan Temsilciliği 2025-2027 Çalışma Hedefleri
22 Ekim 2025
DATÜB V. OLAĞAN GENEL KURUL TOPLATISI DUYURUSU
10 Kasım 2024
Rusya’da Meydana Gelen Silahlı Kalkışma ve Ahıskalı Türkler Hakkında
24 Haziran 2024
Hocalı Soykırımı’nın 31. Yıldönümüdür
26 Şubat 2023
AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ
CƏNAB İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ
Hörmətli Cənab Prezident,
Dünya Ahıskalı Türkler Birliyi adından Sizi və bütün Azərbaycan xalqını tarixə qızıl hərflərlə yazılmış Şanlı Zəfərin 5 illiyi münasibətilə ən səmimi təbriklərlə ürəkdən salamlayırıq.
Beş il öncə Sizin dahi strateji uzaqgörənliyiniz, sarsılmaz iradəniz, misilsiz siyasi liderliyiniz və Azərbaycan Ordusunun əzmi sayəsində türk dünyası üçün qürur, şərəf və iftixar mənbəyinə çevrilmiş böyük bir tarixi hadisə yaşandı. Qarabağın azad edilməsi yalnız Azərbaycan üçün deyil, bəşər tarixində milli haqqın ədalətə qovuşmasının ən parlaq nümunələrindən biri oldu.
Cənab Ali Baş Komandan,
Bu möhtəşəm Zəfərdə Sizin müdrik rəhbərliyiniz, milli birliyi möhkəmləndirən polad iradəniz, “dəmir yumruq” kimi simvola çevrilmiş qətiyyətiniz və beynəlxalq müstəvidə yaratdığınız prinsipial siyasi xətt həlledici rol oynadı. Siz bu gün yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur mənbəyinə çevrilmisiniz. Sizin adınız müasir dövrün ən parlaq dövlət xadimləri sırasında böyük ehtiramla çəkilir.
Ahıskalı Türklər üçün isə Sizin liderliyiniz, ədalətiniz və böyük Türk dünyasının birliyi uğrunda gördüyünüz işlər xüsusi dəyər daşıyır. Biz bu gün dünyanın harasında yaşayırıqsa-yaşayaq, Azərbaycan Zəfərini öz Zəfərimiz, Azərbaycan sevincini öz sevincimiz, Azərbaycanın yolunu öz yolumuz sayırıq.
1989-cu il Fərqanə hadisələrindən sonra Ahıskalı Türklərə ilk olaraq qardaşlıqla qucaq açan məhz Azərbaycan dövləti olmuşdur. Ulu Öndər Heydər Əliyevin uzaqgörən və humanist siyasəti nəticəsində Ahıskalı gənclər üçün Azərbaycanda sınavsız ali təhsil imkanı yaradılması minlərlə soydaşımızın həyatına nur saçmış, onların gələcəyinə geniş üfüqlər açmışdır. Bu gün Azərbaycanda yetişən yüzlərlə Ahıskalı ziyalı, həkim, müəllim və mühəndis həmin diqqət və qayğının bəhrəsidir.
Hörmətli Cənab Prezident,
Bizim üçün Azərbaycan sadəcə bir qardaş ölkə deyil, bir Vətəndir. Bunun ən bariz sübutu illərdir davam edən fəaliyyətimiz və fədakarlıqlarımızdır. Savaşın ilk günündə, Ahıskalı Türk toplumunun 600 min nəfərlik gücünü bir araya gətirərək xalqımıza çağırış etdik. Daha sonra Bakü səfərlərimiz oldu və lazım olan maddi və mənəvi dəstəyi verdik. Savaş bitdikdən sonra isə şəhid və qazi ailələrinə dəstəyimiz maddi və mənəvi olaraq davam etdi. Bu gün də həmin dəstək və fəaliyyətlərimiz ardıcıl şəkildə davam edir və hər zaman Sizin və Azərbaycan xalqının yanında olduğumuzu göstərir. Biz Azərbaycan torpağının dərdini öz dərdimiz, sevincini öz sevincimiz bilmişik və bu yolda daim irəliləyəcəyik.
Azərbaycan torpaqlarının müdafiəsi uğrunda Ahıskalı Türklər böyük mərdlik və fədakarlıq göstərmişdir. Birinci Qarabağ savaşında yüzlərlə şəhidimiz və bir Milli Qəhrəmanımız, İkinci Qarabağ Zəfərində isə 9 şəhidimiz və bir Qarabağ Qəhrəmanımız Vətən uğrunda canlarını fəda etmiş, igidlik göstərərək gazi olmuşlar. Onların hər biri Azərbaycan adına yazılmış qəhrəmanlıq salnaməsinin ən şərəfli səhifələrini bəzəyir. Bu gün onların mübarək ruhu Sizin rəhbərliyinizlə azad edilmiş Qarabağın səmasında əminlik və rahatlıq tapır.
Bu gün yalnız Azərbaycanda yaşayan 10 minlərlə deyil, dünyanın müxtəlif ölkələrində məskunlaşmış 600 min Ahıskalı Türk, Sizin Zəfərinizi bütün türk dünyasının Zəfəri kimi qəbul edir, Sizə böyük sevgi və ehtiramla salamlarını çatdırır. Yaşadığımız hər ölkədə bu qürur gününü böyük coşqu ilə qeyd edir, Azərbaycanla birlik və qardaşlığımızı qəlbimizin ən dərin yerində yaşadırıq.
Dünya Ahıskalı Türkler Birliyi olaraq, görüşdüyümüz bütün soydaşlarımızın Sizə olan sarsılmaz rəğbətini və Azərbaycan dövlətinə olan bağlılığını böyük qürurla bildiririk. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Ahıskalı Türk bu gün də, sabah da Sizin yanınızdadır, Azərbaycanın yanındadır və gələcək yolunuzda Sizə ürəkdən dəstək verməyə hazırdır.
Cənab Prezident,
Zəfərin 5 illiyi münasibətilə Sizə möhkəm can sağlığı, uzun ömür və fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Uca Tanrı yolunuzu daim açıq etsin, dövlətimizi qüdrətli, xalqınızı daima xoşbəxt etsin.
Eyni zamanda, yaxınlaşan doğum gününüz münasibətilə Sizi təbrik edir, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ən səmimi arzularımızı çatdırırıq.
Azərbaycanın Zəfəri bizim Zəfərimizdir!
Qarabağ Azərbaycandır!
Dərin ehtiramlarla,
Ziyatdin Kassanov
Dünya Ahıskalı Türkler Birliyinin (DATÜB) Başqanı

